Nizami Kino Mərkəzi və "Azərbaycanfilm" AKİ-yə verilə bilər
Xatırladaq ki, AKİ-nin katibi Əli İsa Cabbarov 2023-cü ilin aprelində keçirilən Kino Forumunda Nizami Kino Mərkəzinin fəaliyyətini tənqid edib, Mərkəzin "Azərbaycan kinosunun dostu" siyasətini aparmadığını bildirib.
AKİ İdarə Heyətinin bəzi üzvləri də "Azərbaycanfilm" kinostudiyasının idarəçiliyini İttifaqa tapşırılmasını məqbul sayır. Onların arqumentinə görə, "Azərbaycanfilm" kinostudiyası "kinomuzun flaqmanı" statusunu saxlamalıdır. Mədəniyyət Nazirliyi kinostudiyanı dövlət mülkiyyəti olması səbəbindən birbaşa maliyyələşdirə bilmirsə, o zaman nazirlik AKİ üzərindən studiyanın saxlanılması üçün vəsait ayıra bilər. İttifaqın bu vəsaitin effektli xərclənməsinə də nəzarəti həyata keçirməsi mümkündür.
Müşahidəçilər qeyd edir ki, AKİ-nin bu ambisiyaları birləşmə qurultayından sonra əmələ gəlib.
Məlumat üçün bildirək ki, martın 5-də keçirilmiş konfransda ittifaqlar (AKİ və ARKİ) birləşib və Rasim Balayev İttifaqın sədri seçilib.
AzVision.az
Teqlər: Azərbaycanfilm Nizami-Kino-Mərkəzi