Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabah bu ərazilərdə qaz kəsiləcək
  30 Aprel 2024    Oxunub:755
Sabah Bakının Binəqədi rayonunda, habelə Zaqatalanın bir hissəsində qaz təchizatında fasilə yaranacaq.
"Azəriqaz" İB-dən AzVision.az -a verilən məlumata görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsi, 5035 məhəllədə qaz xəttinin yerinin dəyişdirilməsi, DSK yolu adlanan ərazidə yeraltı qaz xəttində aşkarlanmış sızmanın "Təmiz Qaz" QSC tərəfindən ləğvi və Sulutəpə qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi, qaz təchizatı şəbəkəsində deformasiyaya uğramış müxtəlif diametrli xətlərin təmiri, həmçinin "Zaqatala" QPS-də qaz tənzimləyicidən əvvəl qaz xətti üzərində təmizləyici filtrin quraşdırılması ilə əlaqədar sabah saat 10:00-dan "Biləcəri (Sulutəpə)", "Çiçək (Sulutəpə)", "BMSK" və "Biləcəri Mədən" ölçü qovşaqlarından və "Zaqatala" QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu müddətdə Binəqədi rayonunun (DSK yolu və Çiçək yaşayış massivi, Sulutəpə, Xocahəsən, Biləcəri, Binəqədi qəsəbələri) və Zaqatala rayonunun (Zaqatala şəhəri və Aşağı Tala, Yuxarı Tala, Muxax, Zəyəm, Car, Zilban, Kebeloba, Çökək və Göyəm kəndləri) bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

AzVision.az


Teqlər: qaz   məhdudiyyət  





Xəbər lenti