Polşa Prezidenti və Baş naziri COP29-da iştirak edəcəklər

   Polşa Prezidenti və Baş naziri COP29-da iştirak edəcəklər
  30 Aprel 2024    Oxunub:724
Polşa Prezidenti Ancey Duda və Baş nazir Donald Tuskun BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının noyabrda ölkəmizdə keçiriləcək 29-cu sessiyasında (COP29) iştirakı gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə Polşanın ölkəmizdəki səfiri Rafal Poborski Polşa Konstitusiyasının qəbulunun 233-cü ildönümü münasibətilə keçirilən tədbirdə məlumat verib.

"Polşa Prezidenti və Baş naziri COP29-da iştirak üçün dəvət alıblar və səfərə hazırlaşırlar", - səfir diqqətə çatdırıb.

O həmçinin bildirib ki, iki həftə sonra "InterFood Azerbaijan 2024" sərgisində iştirak üçün Polşadan böyük nümayəndə heyəti Azərbaycana gələcək.

AzVision.az


Teqlər: Azərbaycan   Polşa   COP29  





Xəbər lenti