`ABŞ hegemoniyası sona çatdı`

`ABŞ hegemoniyası sona çatdı`
  02 İyul 2014    Oxunub:912
Rusiyanın Təhlükəsizlik Şurasının baş katibinin müavinin sözlərinə görə, indi dünya arenasına yeni güclər gəlib. Onların arasında BRİKS qrupuna daxil olan ölkələr də var.
ABŞ-ın dünya hegemoniyası başa çatdı, Rusiya ayağa qalxdı. Artıq masa arxasına əyləşib soyuq müharibənin nəticələri barədə danışıqlara başlamağın əsl vaxtıdır. AzVision.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Yevqeniy Lukyanov mətbuata müsahibəsində bildirib.

“Vaşinqton gücünü itirməsi ilə barışa bilmir. Lakin indi dünya arenasına yeni güclər gəlib. Onların arasında BRİKS qrupuna daxil olan ölkələr də var. Rusiya da artıq ayağa qalxıb,” – Lukyanov deyib.

O bəyan edib ki, hazırda oyunun əsas iştirakçılarını bir yerə toplayacaq qlobal konqresə ehtiyac yaranıb. Çünki oyunda qayda-qanuna ehtiyac var. Qayda olmayan yerdə narazılıqlar artacaq: “Qaydalar,öhtəliklər olmayan yerdə dünya daha da idarəedilməz olacaq, xaos yaranacaq”.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti