Paşinyan gileyləndi: "İşləyən ermənilər belə yoxsulluq həddinin altındadır"

   Paşinyan gileyləndi:    "İşləyən ermənilər belə yoxsulluq həddinin altındadır"
  01 May 2024    Oxunub:948
"Ermənistanda minlərlə vətəndaş, o cümlədən işi olanlar yoxsulluq həddinin altındadır. Lakin təhsilin və bu sistemdə islahatların köməyi ilə bunun öhdəsindən gəlmək olar".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 1 may Əmək və zəhmətkeşlərin həmrəyliyi günü münasibətilə xalqa ünvanladığı müraciətdə deyib.

Paşinyan Xudaverdini diasporla iş üzrə komissar təyin etdi
O iddia edib ki, rəhbərlik etdiyi hökumət orta nəslin nümayəndələrinin inkişafı, onların ixtisasartırılmasına cəlb edilməsi və motivasiyası üçün imkanların yaradılmasına səy göstərir.

İrəvan rəhbəri belə hesab edir ki, ölkədə tüğyan edən yoxsulluğun aradan qaldırılması üçün məktəbəqədərdən tutmuş, ali və peşə-ixtisasına qədər təhsildə islahatların aparılması davamlı olmalıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   İş   Təhsil  





Xəbər lenti