Oğul atasını qətlə yetirdi

  18 Aprel 2013    Oxunub : 426
Oğul atasını qətlə yetirdi
Sumqayıtda qətl hadisəsi baş verib.
Sumqayıt Rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, şəhərin Köhnə Corat qəsəbəsində yaşayan, 33 yaşlı Veysəl Mahmudov ailə münaqişəsi zəminində atası, 55 yaşlı Aydın Mahmudovu kürəyindən bıçaqlayıb.

A. Mahmudov aldığı bıçaq xəsarətindən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Teqlər: