Medvedev sovet posterində Hitleri Zelenski ilə əvəzlədi - FOTO

Medvedev sovet posterində Hitleri Zelenski ilə əvəzlədi    - FOTO
  01 May 2024    Oxunub:689
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial şəbəkələrdə həmvətənlərini 1 May bayramı münasibətilə təbrik edərkən diqqət çəkən foto paylaşıb.
AzVision.az o, Telegram kanalında sovet dövrünün “Hər çəkic zərbəsi düşmənə bir zərbədir” adlı məşhur posterini yerləşdirib.

"Ordumuz döyüşlərdə "faşistləri” məhv edir" - Medvedev
Şəkildə çəkiclə dəmiri döyən fəhlə və nasist geyimində olan Ukrayna lideri Vladimir Zelenski əks olunub.

Posterin orijinalında isə Zelenskinin əvəzinə Hitlerin karikaturası əks olunub. Medvedev fotonu “1 May bayramınız mübarək!” başlığı ilə paaylaşıb.

Xatırladaq ki, Medvedev bir neçə gün öncə də ukraynalılar haqqında xoşəgəlməz ifadələr işlətmişdi. O, "Rusiya ordusunun döyüşçüləri əllərində silah alaraq döyüş meydanlarında “yeni faşistləri” məhv edirlər" deyib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Medvedev   Nasist  





Xəbər lenti