Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam veriləcək
Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatıdır.
Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir. Eyni zamanda deputat özü imtina etdikdə, mandatından məhrum edilir.
Beləliklə, Mərkəzi Seçki Komissiyası qeyd olunan əsasları nəzərə alıb, qanunvericiliyə uyğun olaraq Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edəcək.
AzVision.az
Teqlər: