Bir sıra müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Sənədlər 30 may saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən paytaxtın 126, 508, 120 nömrəli şəhərətrafı və 120E nömrəli ekspres avtobus marşrutları üzrə 4 Lot üzrə iyunun 4-də;
paytaxtın 140 nömrəli şəhərətrafı, 140E və 121E nömrəli ekspres avtobus marşrutları üzrə 3 Lot üzrə iyunun 7-də;
Bakı-Zaqatala, Bakı-Bərdə və Bakı-Tərtər istiqamətlərində 5 Lot üzrə iyunun 11-də;
Bakı-Şabran, Bakı-Siyəzən və Bakı-Oğuz istiqamətlərində 6 Lot üzrə iyunun 21-də;
Bakı-Masallı, Bakı-Oğuz, Bakı-Beyləqan, Bakı-Göyçay və Bakı-Kürdəmir istiqamətlərində 5 Lot üzrə iyunun 25-də baxılacaq.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır. Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
AzVision.az