Baş nazir Malayziya Senatının sədri ilə görüşüb
Azərbaycan-Malayziya dostluq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib. Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatında yaxından əməkdaşlıq etdikləri vurğulanıb.
Eyni zamanda, Azərbaycan-Malayziya parlamentlərarası əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.
Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
AzVision.az
Teqlər: Baş-nazir Malayziya görüş