Mədəniyyət nazirinin iranlı həmkarı ilə görüşü baş tutub

Mədəniyyət nazirinin iranlı həmkarı ilə görüşü baş tutub
  01 May 2024    Oxunub:808
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli mayın 1-də İran İslam Respublikasının mədəniyyət və islamı irşad naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb.
AzVision.az xəbər verir ki, foruma qatıldığına görə iranlı həmkarına təşəkkürünü bildirən nazir “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqla bağlı qlobal platforma kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirildiyini deyib.

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında qonağa məlumat verən nazir bildirib ki, mötəbər tədbirdə iqlim dəyişikliklərinin mədəni proseslərə təsiri məsələləri də müzakirə olunacaq.

Məhəmməd Mehdi İsmaili öz növbəsində Foruma dəvətə görə təşəkkürünü bildirib, tədbirin gündəmə gətirilən mövzuların aktuallığı baxımından əhəmiyyətini qeyd edib.

Söhbət zamanı mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

AzVision.az


Teqlər: Mədəniyyət-Nazirliyi   İran   görüş  





Xəbər lenti