Ermənistanın Müdafiə Nazirliyi Kirantsı minalardan təmizləyir

   Ermənistanın Müdafiə Nazirliyi Kirantsı minalardan təmizləyir
  02 May 2024    Oxunub:1044
Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətinin Kirants kəndi yaxınlığındakı ərazini minalardan təmizləyir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan polisi "Həlqə" əməliyyatı keçirir: 31 etirazçı saxlanıldı
“Minalardan təmizləmə prosesi Ermənistan və Azərbaycanın ekspert qrupları tərəfindən aparılan geodeziya ölçmələri əsasında dövlət sərhədinin bu hissəsinin qurulması, habelə koordinatların dəqiqləşdirilməsi istiqamətində işlərin aparılması məqsədi ilə həyata keçirilir”, - qurumun yaydığı məlumatda qeyd edilib.

O da bildirilib ki, Ermənistan Daxili İşlər Nazirliyi mülki şəxslərin minatəmizləmə zonalarına daxil olmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək məqsədilə məlum ərazilərdə gücləndirilmiş şəkildə xidmət aparırlar.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis   Minatəmizləmə  





Xəbər lenti