Niyə ağlayanda gözümüzdən yaş axır? – ELMİ CAVAB

Niyə ağlayanda gözümüzdən yaş axır? – ELMİ CAVAB
  05 Oktyabr 2014    Oxunub:23494
Hər bir gözün yuxarı kənar küncündə təxminən badam boyda olan göz yaşı vəziləri var. Onlar daim göz yaşı “hazırlayır” və gözlərə axıdırlar. Hər dəfə göz qırpılanda az miqdarda göz yaşı axaraq, gözlərimizi yuyur və nəmləndirir. Bəzi hallarda – məsələn, gözə toz düşəndə,- göz yaşlarının axması da artır.

Biz güləndə sifət əzələlərinin innervasiyası baş verir. Yəni sifət əzələlərini idarə edən `üçlü sinir` ilə ötürülən impulslar həm də göz yaşı vəzisinə təsir edir və nəticədə göz yaşı axır.

Ağlayanda gözdən axan yaxşın mexanizmi isə başqadır.

Göz yaşlarının tərkibi əsasən sudan, yağdan, duzdan və natrium bikarbonatdan (soda) ibarətdir. Ona görə də göz yaşının dadı şor olur. Bədəndən artıq duzları çıxarmaq stressi yüngülləşdirən amildir. Biz güclü emosiyalar keçirəndə orqanizm stress hormonları ifraz edir. Onlar göz yaşının tərkibində xüsusilə çox olurlar. Biz ağlamaqla həmin maddələri orqanizmdən kənar edirik.

Gözümüzdən yaş axdıqca həmin stress hormonları bədəndən çıxır və biz sakitləşirik. Ona görə də ağlayıb qurtarandan sonra insan sanki yenilənir, özünü rahat və təmiz hiss edir. Bu, aldadıcı hiss deyil – axı orqanizm doğrudan da təmizlənib. Buna görə də, əslində göz yaşlarının axması insana xeyirlidir.

Tariyel
AzVision.az



Teqlər:  





Xəbər lenti