Türkiyədə "TİK Tok"u qadağan edən qanunlayihəsi hazırlanır

   Türkiyədə "TİK Tok"u qadağan edən qanunlayihəsi hazırlanır
  02 May 2024    Oxunub:624
Milliyətçi Hərəkat Partiyası (MHP) Türkiyədə TikTok-un məhdudlaşdırılması və qaydalara əməl edilmədiyi təqdirdə onun bağlanması ilə bağlı qanun layihəsi üzərində işləyir.
MHP-nin Kırıkkaledən olan millət vəkili Halil Öztürk bildirib ki, platforma milli dəyərləri tapdalayıb, mənəvi quruluşun korlanmasına səbəb olub.

“Elə bir gün olmur ki, "TikTok" da cəfəngiyyatlar yaşanmasın. Dəyərlərimizə uyğun gəlmədiyi təqdirdə "TikTok"un məhdudlaşdırılacağı və bağlanacağı ilə bağlı proqnozlarımız var. Bununla bağlı qanun layihəsini təklif edəcəyik.

Bu qanunla əxlaqsızlığın və ədəbsizliyin qarşısını alacağıq. Biz millət vəkilləri olaraq hesab edirik ki, bu ölkənin xalqını, gənclərini hər cür əxlaqsızlıqdan, korrupsiyadan qorumalıyıq".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti