Simonyan jurnalistlərlə məzələndi: Paşinyanı devirmək üçün 2337 adam lazımdır

      Simonyan jurnalistlərlə məzələndi:    Paşinyanı devirmək üçün 2337 adam lazımdır
  06 May 2024    Oxunub:1228
"Ermənistanda hakimiyyət dəyişikliyi yalnız 2026-cı ildə keçiriləcək parlament seçkiləri ilə baş verə bilər".
Bunu jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Bilmirəm, yürüş iştirakçılarının sayı artır, ya yox, gəlsinlər, danışsınlar” ,- o, “Vətən naminə Tavuş” adlı yürüşlə bağlı məsələni şərh edərkən deyib. Simonyanın sözlərinə görə, bu hərəkatın 2018-ci ildə başlatdıqları yürüşdən fərqi ondan ibarətdir ki, o zaman hökumət seçki yolu ilə formalaşmamışdı.
Paşinyan Putinin inaqurasiyasında iştirak etməyəcək


Parlament sədri bildirib ki, Ermənistan xalqı istədiyi hökuməti seçmək hüququnu bərpa etdi və 2021-ci ildə öz qərarını təsdiqlədi.

Simonyan Tavuşda başlayan hərəkatda "xarici iz" gördüyünü də bildirib. Buna sübutu kimi konkret geosiyasi oriyentasiyaya malik bloggerlərin hərəkata qoşulmalarını göstərib.

“Sadəcə oyunçuları dəyişdirməklə eyni məntiqdən neçə dəfə istifadə edib bizim etdiyimizi təkrarlamağa cəhd edə bilərsiniz? Yeni bir şey düşünün. Hər halda, sonda Vazgen Manukyanı, Robert Köçəryanı, Serj Sarkisyanı, “Banan Mihranı”, Artur Vanetsyanı gətirib göstərəcəklər” , - deyə parlament sədri əlavə edib.

Hökumətin istefaya getməsi üçün nə qədər adamın toplanması lazım olduğunu soruşduqda, Simonyan istehza ilə "2337" cavabını verib.

Xatırladaq ki, aprelin 19-da baş tutan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Ermənistan və Azərbaycan Tavuş vilayətindən delimitasiyaya başlamaq barədə razılığa gəlib.

Həmin gün axşam saatlarından etibarən Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı olan erməni sakinləri etiraz aksiyaları keçirirlər.


Həmçinin bax:
Erməni hərbçi minaya düşdü

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti