Fransa Putinin inaqurasiyasında səfir səviyyəsində təmsil olunacaq

Fransa Putinin inaqurasiyasında səfir səviyyəsində təmsil olunacaq
  06 May 2024    Oxunub:1011
Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində Fransanı yalnız səfir təmsil edəcək.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” diplomatik mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyadakı səfir Kşiştof Krayevskinin prezident Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcəyini bildirmişdi.

Qeyd eədk ki, bundan öncə Federasiya Şurasının Nizamnamə Komitəsinin rəhbəri Vyaçeslav Timçenko bildirib ki, Rusiya dövlət başçısının andiçmə mərasimi mayın 7-də baş tutacaq. Mart ayında Rusiya Federasiyasında prezident seçkiləri keçirilib və seçkilərdə indiki dövlət başçısı Vladimir Putin qalib gəlib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti