Ədliyyə işçilərinin bəzilərinə pul kompensasiyası ödəniləcək

   Ədliyyə işçilərinin bəzilərinə pul kompensasiyası ödəniləcək
  07 May 2024    Oxunub:846
Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti