Paşinyan Putinlə gözlənilən görüşündən danışdı

   Paşinyan Putinlə gözlənilən görüşündən danışdı
  07 May 2024    Oxunub:707
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə gözlənilən görüşün gündəliyi barədə danışıb.
Putin and içdi - Video
"Rusiya ilə müzakirə ediləcək müxtəlif aktual məsələlər var. Zamanla onlardan bəziləri haqda danışılıb. Biz belə mövzuları görüntü xatirinə deyil, iki ölkə arasındakı dostluq münasibətlərini mənfi nüanslardan qorumaq üçün müzakirəyə çıxarmışıq",- Paşinyan bildirib.

Onun sözlərinə görə, çoxtərəfli və ikitərəfli münasibətlərin bütün gündəliyi müzakirə mövzusu olacaq. Təfərrüatlar görüşdən sonra veriləcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinlə Paşinyanın görüşü mayın 8-də Moskvada keçiriləcək Avrasiya İqtisadi Birliyinin yubiley sammiti çərçivəsində baş tutacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti