Həcc vizası olmayan şəxsləri cərimə gözləyir

Həcc vizası olmayan şəxsləri cərimə gözləyir
  07 May 2024    Oxunub:876
Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyi Həcc vizası olmayan şəxslərin cərimə olunacaqları barədə xəbərdarlıq yayıb.
AzVision.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin rəsmi "X" hesabından bildirilib.

Məlumata görə, Həcc qaydalarını və müvafiq təlimatları pozanlara qarşı iyunun 2-dən etibarən cəza tədbirləri həyata keçiriləcək.

Qaydaları pozan şəxsləri təxminən 2675 ABŞ dolları məbləğində cərimə gözləyir. Eyni zamanda, onlar deportasiya olunacaqlar. Qaydalar təkrar pozularsa, nəzərdə tutulan məbləğ ikiqat artırılacaq.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Azərbaycandan Həcc ziyarətinə 1500 nəfərlik kvota ayrılıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. İyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.

AzVision.az


Teqlər: Həcc   viza   cərimə  





Xəbər lenti