Bolqarıstanın birinci xanımı şəkərbura bükdü - FOTOLAR

   Bolqarıstanın birinci xanımı şəkərbura bükdü -    FOTOLAR
  08 May 2024    Oxunub:734
Bolqarıstan Respublikasının birinci xanımı Desislava Radeva Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Bolqarıstanın birinci xanımına ölkəmizin milli mətbəxinin xüsusiyyətləri haqqında məlumat verib.



Qonağa şah plov, kükü, düşbərə, qutablar, yarpaq dolması, dovğa, habelə milli şirniyyatımız olan şəkərbura və Azərbaycan mətbəxinin digər ləziz nümunələri təqdim olunub. Sonra Bolqarıstanın birinci xanımına milli mətbəximizin təamlarının hazırlanma üsulları nümayiş edilib.



Azərbaycan milli mətbəxinin ləziz təamları ilə tanışlıq Bolqarıstanın birinci xanımı Desislava Radevada xoş təəssürat yaradıb.













AzVision.az





Teqlər:





Xəbər lenti