ABŞ Azərbaycan hökumətini izləyir

ABŞ Azərbaycan hökumətini izləyir
  03 İyul 2014    Oxunub:894
ABŞ Milli Təhlükəsizlik Agentliyi Xarici kəşfiyyata nəzarət üzrə Məhkəmədən 193 xarici hökumətə aid olan informasilayarı əldə etmək barədə icazə alıb.

Azvision.az `The Washington Post` qəzetinə istinadən xəbər verir.

2010-cu ildə qəbul olunan sənədə əsasən, ABŞ Milli Təhlükəsizlik İdarəsi “öz xarici hədəfləri haqqında yalnız ABŞ şirkətləri tərəfindən verilən məlumatlarla yanaşı, istənilən digər mənbədən də lazımi informasiyanı əldə edə bilər”.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin casusluq edə biləcəyi ölkələr siyahısına Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zellandiya istisna olmaqla praktiki olaraq bütün ölkələr daxildir. Siyahıda 193 ölkənin adı var. Buraya keçmiş SSRİ ölkələri, eləcə də Azərbaycan, Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya və Ukrayna daxildir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti