Bakıda narkotik satanlar tutulublar - FOTOLAR

Bakıda narkotik satanlar tutulublar -    FOTOLAR
  08 May 2024    Oxunub:703
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir neçə gün ərzində həyata keçirilən əməliyyatlar zamanı paytaxtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb.
DİN-in Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, həmin şəxslərdən 5 kiloqrama yaxın heroin, tiryək və psixotrop tərkibli metadon həbləri aşkarlanıb.

İdarə əməkdaşlarının apardıqları profilaktik tədbirlər zamanı həmçinin 5 "Kalaşnikov" avtomatı, 3 ov tüfəngi, 5 daraq və 81 ədəd patron vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib. Mülki axtarışda olan 18, müxtəlif cinayət törətdikləri üçün barələrində axtarış elan edilən 8 şəxs saxlanılıb.

Soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışına qarşı keçirilən tədbirlər zamanı 8 obyektdən xəsarət yetirmək təyinatına malik satışı nəzərdə tutulan 312 ədəd bıçaq aşkarlanaraq götürülüb.

Aşkarlanan faktlarla araşdırmalar davam etdirilir.


AzVision.az


Teqlər: DİN   cinayət   narkotika  





Xəbər lenti