Bolqarıstan Prezidentinin ölkəmizə səfəri başa çatıb

Bolqarıstan Prezidentinin ölkəmizə səfəri başa çatıb
  08 May 2024    Oxunub:1117
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycan Respublikasına rəsmi səfəri mayın 8-də başa çatıb.
AzVision.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bolqarıstan Prezidenti Rumen Radevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.

AzVision.az


Teqlər: Azərbaycan   Bolqarıstan   Prezident   səfər  





Xəbər lenti