Qəbələnin Bunud kəndini su basıb, azyaşlılar xilas ediliblər - VİDEO
08 May 2024
Oxunub:899
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Qəbələ rayonunun Bunud kəndində intensiv yağıntılar səbəbindən ərazinin subasmaya məruz qalması nəticəsində fərdi yaşayış evində 2 azyaşlının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a məlumat verilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qrupu cəlb olunub.
Xilasedicilər tərəfindən köməksiz vəziyyətdə qalan azyaşlılar təhlükəsiz əraziyə köçürülüblər.