Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət edilib

   Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət edilib
  08 May 2024    Oxunub:951
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev bu ölkənin Rəyasət Heyətinin xorvat üzvü Jelko Komşiçlə görüşüb və Prezident İlham Əliyev tərəfindən ona ünvanlanmış BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu təqdim edib.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə səfir Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər və “yaşıl enerji”yə keçid sahəsində icra edilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.

J.Komşiç Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki aparılan yenidənqurma işləri ilə maraqlanıb. O, hələ ki, Azərbaycanda səfərdə olmadığını, lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işləri və aparılan islahatları yaxında izlədiyini deyib.

Söhbət zamanı Azərbaycan-Bosniya və Herseqovina əlaqələrinin geniş spektri üzrə fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: COP29  





Xəbər lenti