Bəzi rayonlara sulu qar yağıb
![Bəzi rayonlara sulu qar yağıb Bəzi rayonlara sulu qar yağıb](https://azvision.az/photos/2024/05/408-1715185907.jpg)
Şahbuz, Gədəbəy, Daşkəsən, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Xaltan, Qusar, Qrız, Göyçay, Ağsu, Şirvan, Oğuz, Qax, Naftalan, Şəmkir, Goranboy, Şabran, Altıağac, Ağdam, Kürdəmir, Yardımlı, Astarada yağış, Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb.
Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir Gəncədə 20 m/s, Goranboyda 19 m/s, Mingəçevirdə 18 m/s-dək güclənib.
Havanın temperaturu Bakı və Abşeron yarımadasında 17, Naxçıvan MR-da və Aran rayonlarında 18, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyə yaxın isti olub.
AzVision.az
Teqlər: hava