Peskov: Rusiya hərbçilərinin Ermənistandan çıxarılması razılaşdırılıb

      Peskov:    Rusiya hərbçilərinin Ermənistandan çıxarılması razılaşdırılıb
  09 May 2024    Oxunub:1195
Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması iki ölkə liderlərinin Moskvada keçirilən görüşündə razılaşdırılıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, 2020-ci ilin payızında Ermənistan tərəfinin xahişi ilə Rusiya hərbçiləri və sərhədçiləri bu ölkənin bir sıra bölgələrində yerləşdirilib.

“Paşinyan şərtlərin dəyişdiyini və artıq belə ehtiyacın olmadığını bildirdi. Ona görə də prezident Putin razılaşdı və bizim hərbçilərin və sərhədçilərimizin geri çağrılması ilə bağlı razılığa gəldilər”, - deyə o bildirib.

Peskov qeyd edib ki, Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar.

"Onlar orada qalacaqlar və öz funksiyalarını yerinə yetirməyə davam edəcəklər".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti