Blinken Konqresdə İsrail əleyhinə çıxış edəcək

   Blinken Konqresdə İsrail əleyhinə çıxış edəcək
  10 May 2024    Oxunub:1105
ABŞ dövlət katibi Antoni Blinken Konqresə İsraili Qəzza zolağındakı hərəkətlərinə görə tənqid edən hesabat təqdim edəcək. Bu barədə Axios portalı rəsmi dairələrdəki mənbələrə istinadən yazır.
Hesabatda İsrail Müdafiə Qüvvələrinin iştirak etdiyi insidentlər sadalanacaq. Blinken Vaşinqtonun İsrailin hərəkətlərindən narazılığını vurğulayacaq.

Bundan əlavə, o, beynəlxalq humanitar hüququn pozulması və ya fələstinlilərə humanitar yardımın çatdırılmasında maneələr təsdiqlənərsə, İsrailə hərbi yardımın dayandırılmasının mümkünlüyünü açıqlayacaq.

Bununla belə, mənbələrin məlumatına görə, o, İsrail tərəfindən pozuntular barədə qəti nəticə çıxarmaq niyyətində deyil.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə Qəzza ilə bağlı fikir ayrılıqlarını müzakirə edərək, onların aradan qaldırılmasına ümid etdiyini bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti