Ərdoğanın ABŞ-a səfərinin mümkün tarixi məlum olub

   Ərdoğanın ABŞ-a səfərinin mümkün tarixi məlum olub
  10 May 2024    Oxunub:993
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 12-13-də keçiriləcək NATO sammiti ilə əlaqədar ABŞ-a səfər edə bilər.
Bunu ABŞ dövlət katibinin müavini Con Bass Vaşinqtonda keçirilən 39-cu Amerika-Türkiyə Şurasının iclasında çıxışı zamanı deyib. “Biz prezident Ərdoğanı iyulda keçiriləcək NATO sammitində qəbul etməyi səbirsizliklə gözləyirik”, - deyə o bildirib. Diplomat həmçinin qeyd edib ki, Ankara bir çox regional böhranların həllində mühüm işlər görüb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-yə planlaşdırılan səfəri təxirə salınmışdi. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keceli xəbər verib.

“Prezidentimizin ABŞ-yə mayın 9-na planlaşdırılan səfəri qrafik uyğunsuzluğu səbəbindən hər iki tərəf üçün əlverişli tarixə təxirə salındı. Səfərin baş tutması məqsədilə Türkiyə ilə ABŞ arasında yüksək səviyyəli dialoq davam etdiriləcək", - diplomat bildirib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti