Prezident və birinci xanım Şuşada yaşayış kompleksinin təməlini qoyublar - FOTO - YENİLƏNİB

 Prezident və birinci xanım Şuşada yaşayış kompleksinin təməlini qoyublar -  FOTO - YENİLƏNİB
  10 May 2024    Oxunub:1417
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
AzVision.az xəbər verir ki, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və birinci xanıma yeni yaşayış kompleksi barədə məlumat verib.

Bildirilib ki, Şuşa şəhərində üçüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 17 yaşayış binasının inşası nəzərdə tutulub. Kompleks ümumilikdə 487 mənzildən ibarət olacaq. Hazırda binanın layihələndirmə işləri başa çatdırılıb. Tikinti işlərinə bu ilin yayında başlanılması planlaşdırılır.

Prezident İlham Əliyev Şuşada üçüncü yaşayış kompleksinin təməlini qoyub.

* * *

14:36
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

AzVision.az


Teqlər: Prezident   Şuşa   təməlqoyma  





Xəbər lenti