"Müvafiq ərazilər təmizlənib, coğrafi koordinatlar dəqiqləşdirilib"

   "Müvafiq ərazilər təmizlənib, coğrafi koordinatlar dəqiqləşdirilib"
  10 May 2024    Oxunub:725
"Son danışıqların mühüm elementi Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinin başlanğıcını qoyan protokolun imzalanmasıdır".
AzVision.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bunu Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, Bakıda bu prosesə xüsusi diqqət yetirirlər: "Hazırda birgə səylərlə müvafiq ərazilər təmizlənib, coğrafi koordinatlar dəqiqləşdirilib. Sərhədin bir hissəsində dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb".

Xatırladaq ki, bu gün Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar başlayıb. Onlar ölkələr arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı müzakirələr aparacaqlar.

AzVision.az



Teqlər:





Xəbər lenti