İsveçrə şirkətlərinin Qarabağda iştirakı müzakirə olunub

İsveçrə şirkətlərinin Qarabağda iştirakı müzakirə olunub
  10 May 2024    Oxunub:1097
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Tomas Ştəli ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildirilib ki, görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib, dostluq və əməkdaşlıq ruhunda inkişaf edən ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən razılıq ifadə olunub. Qeyd olunub ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və davamlı siyasi dialoq iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Söhbət zamanı iki ölkə arasında əlaqələrin mühüm bir istiqaməti olan parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti ilə bağlı fikirlər də səsləndirilib. Milli Məclisin sədri Sahibə Qafarova özünün 2022-ci ildə İsveçrə Konfederasiyasına rəsmi, cari ildə isə işgüzar səfərlərini xatırladıb. O, qanunvericilik orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı təmasların əhəmiyyətini, o cümlədən dostluq qruplarının rolunu vurğulayıb.

Görüşdə, həmçinin diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin vacib bir istiqamətini energetika sahəsində əməkdaşlıq təşkil edir. Azərbaycan və İsveçrə bu istiqamətdə uğurlu əməkdaşlıq edir. Azərbaycanın geniş alternativ enerji mənbələrinə malik olduğunu nəzərə alaraq, bu istiqamətdə də əməkdaşlıq həyata keçirilə biləcəyi ilə bağlı fikirlər səsləndirilib.

Söhbət zamanı regionda mövcud olan vəziyyət, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi nəhəng bərpa və quruculuq işləri barədə də məlumat verilib. Bu ərazilərdə həyata keçirilən yenidənqurma işlərində İsveçrə şirkətlərinin də iştirakı məsələləri müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti