Son bir həftədə Xankəndidə 38 avtomat tapılıb

Son bir həftədə Xankəndidə 38 avtomat tapılıb
  11 May 2024    Oxunub:752
4-10 may tarixlərində polis əməkdaşları Xankəndi şəhəri ərazisindən 38 avtomat silahı, 8 tapança, 14 tüfəng aşkarlayıblar.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bundan başqa, şəhərdə 1 qumbaraatan, 23 qumbara, 23 alışdırıcı, 136 patron darağı, 21.040 ədəd müxtəlif çaplı patron, 5 trotil, 27 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Həmçinin Ağdərə rayonu ərazisindən 5 avtomat silahı, 18 patron darağı və 290 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti