Əli Əsədov Mixail Mişustini təbrik edib

   Əli Əsədov Mixail Mişustini təbrik edib
  11 May 2024    Oxunub:826
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Mixail Mişustini Rusiya Federasiyası Hökumətinin sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Ə.Əsədov təbrikində M.Mişustinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan çoxşaxəli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəni qeyd edib.

M.Mişustinin rəhbərlik etdiyi hökumətin fəaliyyətinin bundan sonra da Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və strateji tərəfdaşlığın dərinləşməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti