Muxtar Babayev İslamabadda Azərbaycan parkını ziyarət edib

Muxtar Babayev İslamabadda Azərbaycan parkını ziyarət edib
  11 May 2024    Oxunub:637
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev İslamabadda Azərbaycan parkına baş çəkib.
Nazir parkda ağacəkmə mərasimində iştirak edib. O, Pakistan Baş nazirinin İqlim Dəyişikliyi və Ətraf Mühitin Koordinasiyası üzrə koordinatoru Romina Xurşid Alam ilə birlikdə ağac əkib. Mərasimdə Pakistan hökumətinin digər yüksək vəzifəli şəxsləri və Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov da iştirak edib.

Muxtar Babayev media nümayəndələri ilə görüşündə səfəri çərçivəsində Pakistanın Prezidenti və Baş naziri ilə görüşündən danışıb, bu ilin sonunda Bakıda keçiriləcək COP29-la məsələləri müzakirə etdiyini bildirib.

Təbiəti qorumağın, iqlim məsələlərinin və iqlim gündəliyinin həlli üçün birgə fəaliyyətin zəruriliyini vurğulayan nazir Pakistanda olmaqdan böyük məmnunluq duyduğunu ifadə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti