Poroşenko Kerrini saymadı

Poroşenko Kerrini saymadı
  03 İyul 2014    Oxunub:895
ABŞ dövlət katibi Con Kerri Ukrayna prezidenti Pyotr poroşenkodan atəşkəs rejiminin uzadılmasını xahiş edib.
Bu barədə AzVision.az “The Financial Times”-a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, bu məsələ Kerri və Poroşenko arasında baş tutan telefon danışığı zamanı müzakirə edilib. Poroşenkonun atəşkəs rejimini uzatmaması Ukraynanın beynəlxalq tərəfdaşlarını təəccübləndirib.

Nəşrin fikrincə, Poroşenko ölkə daxilindən etilən təzyiq müqabilində belə bir qərar verib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti