İntensiv yağış səbəbindən Nohur gölündə su səviyyəsi artıb - FOTO/VİDEO

İntensiv yağış səbəbindən Nohur gölündə su səviyyəsi artıb -    FOTO/VİDEO
  11 May 2024    Oxunub:1029
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə intensiv yağış səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda gölün daşmasının qarşısını almaq məqsədilə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.


AzVision.az


Teqlər: hadisə   FHN  





Xəbər lenti