"Etiraz aksiyalarında təxribatlar hazırlanır" - İrakli Kobaxidze
“Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, radikal müxalifət tərəfindən təşkil edilən və xaricdən maliyyələşən gənclərdən ibarət qruplar sabah və o biri gün Gürcüstan parlamentinə və polisinə qarşı zorakılıq hərəkətləri etməyi planlaşdırırlar”, - Kobaxidze deyib.
Baş nazir zorakılıq planlaşdıran qrupların üzvlərinə xəbərdarlıq edib və bildirib ki, hər kəs qanun qarşısında cavab verəcək. Hökumət başçısı hüquq-mühafizə orqanlarının əməkdaşlarını maksimum səbir göstərməyə çağırıb.
“Mən radikal müxalifət qruplarının hər bir üzvünə xəbərdarlıq etmək istəyirəm. Hər kəs zorakılığa görə qanun qarşısında cavab verəcək.
Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşlarından zorakılıq və təhqirlərə cavab verərkən maksimum səbr nümayiş etdirmələrini və Avropa standartlarından daha yüksək standartlarla hərəkət etmələrini xahiş etmək istərdim”, - Kobaxidze bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: