Obama: `Gərək saqqalını qırxasan ki, səni tanımasınlar`

Obama: `Gərək saqqalını qırxasan ki, səni tanımasınlar`
  03 İyul 2014    Oxunub:1423
Obama ABŞ-ın millli futbol yığmasının qapıçısına saqqalını qırxmağı məsləhət gördü.

ABŞ prezidenti Barak Obamanın fikrincə ABŞ milli yığmasının qapıçısı Tim Hovardın saqqal saxlamamalıdır.

“Tim mən bilmirəm ki, evə qayıdanda pərəstişkar kütləsindən canını necə qurtaracaqsan. Gərək saqqalını qırxasan ki, səni tanımasınlar”, -deyə Barak Obama futbolçu ilə telefon söhbətində bildirib.

“Biz səninlə fəxr edirik”,- deyə Obama əlavə edib.

Obama , həmçinin oyunçulara Braziliyada keçirilən futbol üzrə dünya çempionatında uğurla iştirak etdiklərinə görə təşəkkür edib.

Qeyd edək ki, futbolçu T. Hovard denya çempionatının 1/8 final görüşündə 16 seyv nümayiş etdirərək rekord qırıb və matçın ən yaxşı oyunçusu seçilib. Buna baxmayaraq ABŞ millisi 1:2 hesabı ilə Belçikaya uduzub.

Səbinə
AzVision.az



Teqlər:  





Xəbər lenti