Putin Patruşevin yerinə Şoyqunu gətirdi

   Putin Patruşevin yerinə Şoyqunu gətirdi
  12 May 2024    Oxunub:1480
Rusiya prezidenti Vladimir Putin Nikolay Patruşevi Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edib. Bu barədə Kremlin saytında məlumat verilib.
Digər sərəncamla bu vəzifəni əvvəlki hökumətdə müdafiə naziri postunu tutmuş Sergey Şoyquya həvalə edib.

Rusiya dövlət başçısının mətbuat katibinin sözlərinə görə, Patruşev yeni təyinatına görə tutduğu vəzifədən azad edilib. Kreml bununla bağlı tezliklə açıqlama yayacaq.

Şoyqu həmçinin Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətə də nəzarət edəcək. Peskov əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov fəaliyyətini davam etdirəcək və onun vəzifəsində dəyişiklik nəzərdə tutulmayıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti