Putin müdafiə naziri postuna Belousovu təklif etdi

   Putin müdafiə naziri postuna Belousovu təklif etdi
  12 May 2024    Oxunub:1175
Rusiya prezidenti Vladimir Putin müdafiə naziri postuna Andrey Belousovun namizədliyini irəli sürüb.
Bu barədə Federasiya Şurasının Teleqram kanalında məlumat verilib.

Qeyd edək ki, 65 yaşlı Belousov müxtəlif vaxtlarda dövlət başçısı Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri olub və baş nazirin birinci müavini vəzifəsində çalışıb.

1981-2006-cı illərdə Rusiya Elmlər Akademiyasında (1991-ci ilə qədər - SSRİ Elmlər Akademiyası) işləyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti