İSV: “Niyə Şoyqunun yerinə Putin Belousovu gətirib?”
Ekspertlər bir vaxtalr Belousovun İqtisadi İnkişaf nazirliyinə rəhbərlik etməsinə və müxtəlif innovativ layihələrin olunmasında, o cümlədən dronların hazırlanmasında iştirakına diqqət çəkirlər. Bu reallıqlar bir növ onu Şoyqunun dövründə korrupsiya ittihamları ilə üzləşən Müdafiə nazirliyinə rəhbərlik etməyə hazırladı.
Hərbi analitiklərin fikrincə, Putin Belousovun təcrübəsindən hərbi və iqtisadi siyasətləri birləşdirmək üçün istifadə edə bilər.
“Belousov effektiv texnokrat kimi güclü imicə malikdir və daxili mənbələr onun Putinlə də müsbət münasibət sərgilədiyini deyirlər” , - analitiklər vurğulayırlar.
İSV-nin hesabatında bildirilir ki, Şoyqu və Patruşevin dəyişdirilməsi Putinin yüksək rütbəli təhlükəsizlik məmurlarına ölkənin təhlükəsizlik sahəsində periferik rollar verməklə onları səssizcə işdən çıxarmaq kimi ümumi siyasətinə də uyğundur. Əvvəllər o, eyni şəkildə uğursuz generallarını vəzifədən uzaqlaşdıraraq, onları birbaşa tabelikdən kənar periferik təhlükəsizlik və müdafiə vəzifələrinə təyin edib, bəzən isə onlara “günahlarını yuyub Putinin xidmətinə qayıtmağa” icazə verib.
Sahil İsgəndərov
AzVision.az