Qrant: Rusiya Avropa ölkələrinə hücumlar hazırlayır

   Qrant: Rusiya Avropa ölkələrinə    hücumlar    hazırlayır
  13 May 2024    Oxunub:991
Rusiya prezidenti Vladimir Putin Avropa ölkələrinin Ukraynanı dəstəkləmək imkanlarını sarsıtmaq istəyir.
AzVision.az xəbər verir ki, Böyük Britaniya ordusunun istefada olan polkovniki, tanınmış hərbi ekspert Qlen Qrant “Espreso” verilişinin efirində belə iddia ilə çıxış edib.

“Fransa prezidenti, Britaniya kralı, prezident Bayden və ya ola bilsin, onun varisi Ukrayna ilə sona qədər getməyə nə dərəcədə hazırdırlar? Vəziyyət iki potensial amillə bağlıdır. Birincisi, Rusiyada əhəmiyyətli bir irəliləyiş olarsa, o zaman bütün Avropa paytaxtları çətin suallarla üzləşəcək. Lakin bununla bağlı hələlik dəqiq qərarın olamdığı tam aydındır. Çünki İtaliya kimi bəzi ölkələr birbaşa təhlükə görmədikləri üçün bu məsələdə zəiflik nümayiş etdirirlər. Beləliklə, birinci amil Rusiyanın böyük sıçrayışının olmasıdır. İkinci amil Rusiyanın NATO-ya hücum edib-etməyəcəyidir” , - Qlen Qrant deyib.

Onun sözlərinə görə, bir çox Avropa ölkələrinin kəşfiyyat xidmətlərinin hesabatlarında Rusiyanın Avropa paytaxtlarına güclü hibrid hücumlar planlaşdırdığı bildirilsə də, buna ayrıca məsələ kimi baxıla bilər. Çünki NATO-nun Nizamnaməsinin 5-ci maddəsi həmişə quru qoşunlarının işğalına cavab tədbirləri ilə bağlı olub.

- Lakin görünür, Putin daha çox raketlər, kommunikasiyaların kəsilməsi, intensiv kibermüharibə və Avropa ölkələrinin Ukraynanı dəstəkləmək qabiliyyətinə xələl gətirə biləcək hər hansı digər taktikalara diqqət yetirir. Bu, hələ danışıqlar üçün 5-ci və hətta 4-cü maddənin işə salınmasına səbəb olmayıb. Ona görə də müharibədəki vəziyyət Rusiyanın xeyrinə dəyişsə, Avropanın kollektiv reaksiyasının nə dərəcədə güclü olacağına əmin deyilik” , - britaniyalı hərbi ekspert vurğulayıb.

Bununla belə, istefada olan polkovnik Avropa ölkələrinin ortaq məxrəcə gələcəyinə əminliyini bildirib. Çünki Polşa, Almaniya, Fransa və Böyük Britaniya vəziyyətin daha da pisləşəcəyindən və onlara təsir edəcəyindən qorxurlar. Doğrudur, indi konkret planlar və ya qərarlar yoxdursa da, daha ciddi tədbirlərin görülməsi eirafı var.

Ukraynalılar Kiyevin müdafiəsinə hazırlaşırlar
Yeri gəlmişkən, Ukrayna artıq paytaxt Kiyevi Rusiyanın hərbi hücumundan müdafiə etmək üçün ciddi tədbirlər görməyə başlayıb.
Qərbin Kiyevə göstərdiyi hərbi yardım və Avropadan səsləndirilən bəyanatlar fonunda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının liderlərini Ukrayna ətrafında vəziyyəti daha da gərginləşdirmək cəhdlərində günahlandırıb.

“Avropalılar son həddə qədər gedirlər. Onlar görürlər ki, vəziyyət sürətlə dəyişir və ukraynalılar üçün tamamilə çöküşlə bitə bilər. Ona görə də bu vəziyyətdə özlərini ucaltmağa çalışırlar” , - Peskov Emmanuel Makronun Ukraynaya fransalı hərbçilərin göndərilə biləcəyi barədə bəyanatını şərh edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Avropa  





Xəbər lenti