Nizamidə obyekt sahibi ağacları kəsd

Nizamidə obyekt sahibi ağacları kəsd
  13 May 2024    Oxunub:770
Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində, qeyri-yaşayış obyektinin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və iki göyrüş ağacının kəsildiyi faktı təsdiqini tapıb.
Bu barədə AzVision.az -a Xidmətdən məlumat verilib. Xidmət rəsmisi Rəvan Teymurov bildirib ki, araşdırma zamanı ağacların sözügedən qeyri-yaşayış obyektinin sahibi Fazil Ələkbərov tərəfindən kəsildiyi müəyyən edilib.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

AzVision.az



Teqlər:





Xəbər lenti