"Xarıbülbül" festivalı çərçivəsində Laçında konsert olub - FOTOLAR

   "Xarıbülbül" festivalı çərçivəsində Laçında konsert olub -    FOTOLAR
  13 May 2024    Oxunub:997
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada başlayan “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 13-də Laçında “Sələflər və xələflər” adlı konsert proqramı ilə davam edib.
AzVision.az xəbər verir ki, festival Həkəri çayı ətrafında baş tutub.

Laçın şəhərinin ən mənzərəli məkanlarından birinə gələn qonaqlara milli-mənəvi irsimizdən, ənənələrin valideyndən övlada keçməsindən, gənc nəslin milli dəyərlərə sevgi və sədaqətindən qaynaqlanan "Sələflər və xələflər" layihəsi təqdim edilib.

Konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustalarının onların sənətini davam etdirən övladları, yetirmələri ilə birgə çıxışları təqdim olunub. Layihə milli musiqimizin, mədəniyyətimizin, ənənələrimizin yaşadılması üzərində qurulub.

AzVision.az


Teqlər: Xarıbülbül-Festivalı   Laçın   konsert  





Xəbər lenti