Güzdək Bozdağı palçıq vulkanında püskürmə baş verib

Güzdək Bozdağı palçıq vulkanında püskürmə baş verib
  13 May 2024    Oxunub:713
Bu gün yerli vaxtla saat 02:13-də Güzdək qəsəbəsindən altı kilometr qərbdə yerləşən Güzdək Bozdağı palçıq vulkanında növbəti püskürmə baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az -a bildirilib ki, püskürmədən əvvəl alov sütünu müşahidə edilib. Püskürmə mərkəzin səkkiz rəqəmsal stansiyası tərəfindən qeydə alınıb.

Palçıq vulkanlarının monitorinqini aparan seysmik stansiyaların məlumatlarına əsasən, Güzdək Bozdağı palçıq vulkanının ocağının dərinliyi 3.5 kilometr, püskürmənin davamlılığı 9 dəqiqə, ayrılan enerjisi isə - 8.67*106 Coul təyin edilib.

Bu palçıq vulkanı Abşeron yarımadasının ən iri orfoqrafik vahidlərindən biri sayılır. Son püskürməsi 13 fevral 2009-cü ildə baş verib.

AzVision.az



Teqlər: hadisə   palçıq-vulkanı  





Xəbər lenti