Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb
  13 May 2024    Oxunub:1005
Xarici işlər naziri Ceyhun Bayramov ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı aparılıb.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, tərəflər Azərbaycan ilə Ukrayna arasında nəqliyyat, enerji, humanitar və s. sahələrdə əməkdaşlıq məsələləri ilə müzakirə aparıblar.

Danışıq zamanı Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq bildirilib.

İki ölkə və xalq arasında münasibətlərin tarixi təməllərə əsaslandığı, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ərazi bütövlüyü və suverenliyə hörmət əsasında irəlilədiyi vurğulanıb.

Ukrayna tərəfi Azərbaycanın bu ölkəyə göstərdiyi humanitar yardımın əhəmiyyətini diqqətə çatdırıb və minnətdarlığını dilə gətirib.

Qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Azərbaycan   Ukrayna   XİN   telefon-danışığı  





Xəbər lenti