Rayonlarda yağış və külək güclənib

Rayonlarda yağış və külək güclənib
  13 May 2024    Oxunub:753
Mayın 13-ü saat 21:00 üçün məlumata əsasən, ölkədə yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a məlumat verilib ki, Naxçıvan, Şahbuz, Culfa, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Naftalan, Ağcabədi, Ağdam, Balakən, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Astarada arabir leysan xarakterli yağış, Şahdağda isə qar yağır. Bəzi yerlərdə yağıntılar intensivdir.

Saat 17:00 radələrində İsmayıllı rayonunun şimal hissəsində 2 dəqiqə ərzində xırda ölçülü dolu yağıb.

Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib, küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 25 m/s, Daşkəsən, Beyləqanda 18 m/s, Lerikdə 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Göygöl, Balakən, Şəki, Qax, Qrız, Lerikdə duman müşahidə olunub. Görünüş 200 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 22 dərəcəyədək, Aran rayonlarında 16-20, dağlıq rayonlarda 8 dərəcəyədək isti olub.

AzVision.az


Teqlər: hava   yağış   qar  





Xəbər lenti