"Yalnız votsapdan istifadə edirəm" - Elmar Məmmədyarov

    "Yalnız votsapdan istifadə edirəm"    - Elmar Məmmədyarov
  13 May 2024    Oxunub:1189
"Elektron ünvanım yoxdur. Yalnız votsapdan istifadə edirəm. Həmçinin bir sıra xəbəri izləmək üçün teleqram kanallarından istifadə edirəm".
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İTV-də yayımlanan müsahibəsində deyib.

O, jurnalistin "İnsanların sizin haqqınızda nə danışdıqları barədə informasiyaları haradan alırsınız?" sualına belə cavab verib:

"Açığını desək, bu məsələ ilə də xüsusi maraqlanmıram. Ona görə ki, ingilis dilində "hatred" adlanan bu anlayış, yəni nifrətamizlik şərhlərdə özünü göstərir. Bununla maraqlanmıram.
Özüm haqqında söylənilən neqativ fikirləri səsləndirə bilmərəm".

Şahanə Rəhimli
AzVision.az


Teqlər: sabiq-nazir   müsahibə  





Xəbər lenti