Xətai və Xəzər rayonlarında qaz olmayacaq

Xətai və Xəzər rayonlarında qaz olmayacaq
  14 May 2024    Oxunub:600
Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Xəzər rayonu, "Buzovna 101" QPM-dən qidalanan 'Yuxarı Şağan" xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması və 3 tənzimləyicinin hündürlüyə qaldırılması məqsədi ilə 14.05.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
“Azəriqaz”dan AzVision.az -a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Lütfi Zadə küçəsinin tam olaraq, Xəzər rayonunun isə Şağan qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti